11 C
Baku
3 Dekabr 2025, 23:45
Digər

ABŞ və Kanada arasında gərginlik: Ticarət danışıqları dayandırıldı

ABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının başa çatdığını elan etdi.

Gərginlik, keçmiş ABŞ Prezidenti Ronald Reyqanın tarifləri tənqid etdiyi Kanada reklamı ilə əlaqələndirildi.

Trump özünün Truth Social hesabındakı paylaşımda bildirib ki, “Kanadanın bu qəbuledilməz davranışı qarşısında iki ölkəmiz arasında bütün ticarət danışıqları dərhal ləğv edilir”.

Tramp administrasiyası hazırda Kanadadan idxal edilən müəyyən məhsullara 35 faiz tarif tətbiq edir. Lakin ABŞ-Meksika-Kanada Azad Ticarət Sazişi (USMCA) ilə əhatə olunan məhsullar bu vergidən azaddır.

Bundan əlavə, Kanada mənşəli bəzi sektorlara əlavə tariflər tətbiq olunur. Metal məhsulları 50 faiz tarifə, avtomobil sektoru isə 25 faiz tarifə məruz qalır.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Təyyarədə kabus… Sərnişinlər xəstəxanaya aparılıb

Aynur Camal

Sahil Polisi 15 personalı işə götürdü

Bugün TV

Türkiyədə dörd mindən çox qanunsuz miqrant saxlanıldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu