19 C
Baku
8 Sentyabr 2024, 3:43
Baş xəbərSiyasət

ABŞ və Qərbin ənənəvi qərəzi – Deputatdan AÇIQLAMA

Bu cür siyasət dövlətlərarası münasibətlərə xələl gətirir.

“Hər zaman Amerika Birləşmiş Ştatları, eləcə də Avropanın bir sıra dairələri tərəfindən Azərbaycana münasibətdə qərəzli mövqeyi müşahidə edirik. Bunun kökündə duran başlıca məqam ondan ibarətdir ki, Azərbaycan tam müstəqil, güclü bir ölkədir, öz maraqları çərçivəsində siyasət həyata keçirir. Qərbin müstəqil, milli maraqlar çərçivəsində siyasət yürüdən dövlətlərə qərəzli münasibət bəsləməsi kimi təcrübəsinə illərdir ki, şahidlik edirik”.
Bugun.tv xəbər verir ki, Bu sözləri “Azərbaycan” qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, bu, bütövlükdə başında ABŞ-nin dayandığı Qərbin yanaşmasıdır və məhz bu cür yanaşma dünyada cəzasızlıq şəraitini şərtləndirir, ayrı-ayrı regionlarda münaqişə potensialını yüksəldir. “1992-ci ildə Ermənistan sistemli şəkildə Azərbaycan torpaqlarını işğal edən zaman ABŞ Konqresi işğalçı Ermənistana münasibətdə deyil, işğala məruz qalan Azərbaycana qarşı 907-ci əlavəni qəbul edib. Bu da Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə həvəsləndirdi. Ermənistan özünü tam cəzasızlıq şəraitində hiss edərək, Azərbaycan torpaqlarını davamlı işğal altında saxlamaq niyyətini və sonrakı mərhələdə anneksiya etmək istəyini heç gizlətmirdi. Hətta Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu da nümayiş etdirirdi”, – deyə o əlavə edib.
Kanal20.tv-nin məlumatına görə, E.Mirbəşiroğlu qeyd edib ki, bütün bunlar göz önündə olsa da, Amerika Birləşmiş Ştatları baş verənləri susqunluqla müşahidə edib. Bir coğrafiyada bir dövlətin ərazi bütövlüyünü dəstəkləyən ABŞ Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasındakı keçmiş münaqişə vəziyyəti zamanı ən yaxşı halda susqunluq nümayiş etdirirdi. Bir çox hallarda isə tutduğu mövqeyi ilə işğalçı, təcavüzkar Ermənistanı dəstəklədiyini təsdiqləyirdi.
Deputat vurğulayıb ki, ABŞ-nin digər istiqamətlər üzrə də ikili standartlardan çıxış etdiyi daim müşahidə olunub. Belə siyasət həm dövlətlərarası münasibətlərə xələl gətirir, həm də qlobal təhlükəsizlik üçün təhdidləri daha da artırıb.

İntizar Əmirova

Oxşar xəbərlər

Xiaomi ilk elektrik avtomobilinin tədarüklərinə başlayır

İntizar Əmirova

Prezident Ərdoğan: “Zəngəzur və Laçın sülh dəhlizi olmalıdır”

Bugün TV

Tanınmış aparıcı Media Tədris Mərkəzində təlim keçdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu