10 C
Baku
4 Dekabr 2025, 5:33
Digər

“ABŞ və Rusiya Avropanı prosesdən uzaq tutmağa çalışır”

ABŞ və Rusiya arasında Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqlar yenidən gündəmdədir.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi S. Uitkof və kürəkəni C. Kuşnerin Kremlə səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş baş tutub.

Bugun.tv– xəbər verir ki, bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.

Məlumata görə, görüş nəticəsiz başa çatsa da, dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub. Ekspert qeyd edir ki, Putin öz təkliflərini yenidən Uitkofa təqdim etməklə Tramp administrasiyasının son mövqeyini gözləyir. Kreml danışıqlarında Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması məsələsinin də müzakirə oluna biləcəyi istisna edilmir. Eyni zamanda, ABŞ nümayəndə heyətinin Kiyevə deyil, birbaşa Vaşinqtona qayıtması diqqət çəkir.

Məhəmməd Əsədullazadə həmçinin bildirib ki, Rusiya ABŞ-la birbaşa danışıqlara gedərək Avropa İttifaqını prosesdən kənarda saxlamağa çalışır. Halbuki ekspertin sözlərinə görə, Avropasız Ukrayna böhranının həlli mümkün deyil. Buna baxmayaraq, ABŞ və Rusiya arasında hazırlanan 28 maddəlik “sülh planı”na qarşılıq olaraq, Avropa İttifaqı prosesi pozmaq məqsədilə 19 bəndlik fərqli razılaşma mətni hazırlayıb.

Rusiya danışıqlarda iştirak etməklə sülhə hazır olduğu görüntüsü yaratsa da, konkret şərtlərindən geri çəkilmək niyyətində deyil.

Hazırda Moskva atəşkəsə getməyə yanaşmır, Avropa ölkələri və Ukrayna isə Rusiyanın şərtlərini qəbul etmirlər.

Ekspert bunu “güc yolu ilə sərhədlərin dəyişdirilməsi” kimi qiymətləndirir ki, bu da beynəlxalq hüququn pozulması və digər regionlarda yeni hərbi toqquşmalar riski yaradır.

Siyasi ekspertin fikrincə, münaqişənin həlli yalnız Qərb alyansının Ukrayna ordusuna daha ağır hücum silahları verməsi və Rusiyanı geri çəkilməyə məcbur etməsi ilə mümkündür. ABŞ–Rusiya danışıqlarının isə yaxın perspektivdə müsbət nəticə verəcəyi gözlənilmir. Tərəflərin yeganə ortaq mövqeyi atəşkəsin tətbiqidir, lakin Kremlin daxilində belə bu məsələ ilə bağlı fikir ayrılıqları var. XİN rəhbəri Sergey Lavrov “Aralıq sazişi”nin imzalanmasını şərt kimi irəli sürür.

Ekspert əlavə edir ki, Moskva Ukraynada taktiki üstünlük qazanmağa çalışır və bu üstünlüyün ardınca hədəfini Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəldə bilər. Putin Donbasın Rusiyaya birləşdirilməsi müqabilində Avropaya hücum etməmək barədə yazılı təminat verməyə hazır olduğunu bildirir. ABŞ prezidenti isə Rusiya resurslarından istifadə və Çinə qarşı birgə fəaliyyət üçün Ukrayna məsələsində müəyyən güzəştlərə meylli görünür.

Məhəmməd Əsədullazadə Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Aynur Camal

Kartof “zibil”i anti-yaşlanma kosmetikasına çevrilir

Aynur Camal

DİN-in məbuat xidməti məlumat yaydı

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu