Dünya

ABŞ və Venesuela arasında neft ixracı ilə bağlı müzakirələr aparılır

ABŞ administrasiyası ilə Venesuela hökuməti rəsmiləri arasında bu yaxınlarda venesuelanın neft ixracını ABŞ-a artırmaq barədə danışıqlar aparılır. Reuters agentliyinə istinadən xəbər verilir ki, tərəflər bu addımı müzakirə edirlər.

Söhbət xüsusilə venesuel neftinin Amerikanın neft emalı müəssisələrinə yönəldilməsi barədədir — bu, əsasən Çin üçün əvvəlcədən nəzərdə tutulmuş neft tədarükünü Amerika bazarına yönəltməyi nəzərdə tutur. Bu istiqamətdə danışıqlar PDVSA kimi dövlət şirkətlərinin neft ixracına təsir göstərə bilər.

Hazırda bu ixracat Chevron kimi Amerika şirkətlərinin nəzarəti altında həyata keçirilir və gündə təxminən 100–150 min barel təşkil edir. Ekspertlərin fikrincə, bu miqdarın artması həm Venesuela iqtisadiyyatına, həm də ABŞ-ın neft bazarına yeni təsirlər gətirə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu