20 C
Baku
14 İyun 2025, 0:25
Dünya

ABŞ vətəndaşlarına “hər hansı səbəbdən” İraqa səfər etməmələri barədə xəbərdarlıq etdi

ABŞ Yaxın Şərqdəki bəzi əməkdaşlarının ölkəni tərk etmək qərarına gəlməsindən sonra vətəndaşlarına “hər hansı səbəbdən” İraqa getməmələri barədə xəbərdarlıq edib.

ABŞ-dan vətəndaşlarına səyahət xəbərdarlığı…

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, vacib olmayan dövlət işçilərinə ölkələrini tərk etmələri barədə göstəriş verildiyi xatırladılıb.

QIRMIZI XƏBƏRDARLIQ VERİLİR

Bəyanatda İraqa səyahət tövsiyəsi “səyahət etməyin” mənasını verən 4-cü səviyyəyə qaldırılıb və qırmızı xəbərdarlıq edilib.

Bəyanatda qərarın səbəbi kimi “terror, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqdakı vətəndaşlarına lazımi təcili yardım xidmətləri göstərmək imkanlarının məhdudluğu” göstərilib və “Heç bir səbəblə İraqa səfər etməyin” xəbərdarlığı yer alıb.

“İraqda TERROR HÜCUMLARI VAR”

Bəyanatda ABŞ hökumətinin İraqdakı personalının ciddi təhlükəsizlik şərtləri altında yaşayıb işləməsinin gözlənildiyi vurğulanıb və “İraqda terror zorakılığı, terror hücumları və digər fəaliyyətlər riski var” deyilir.

ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi tərəfindən edilən açıqlamalarda Yaxın Şərqdəki qeyri-vacib amerikalı personalın xidmət etdikləri ölkələri tərk etmələrinə icazə verildiyi göstərilib.

ABŞ prezidenti Donald Tramp deyib ki, Yaxın Şərqdəki bəzi amerikalı hərbçilərin öz ölkələrini tərk etməsinə dair qərar “bölgənin təhlükəli yerə çevrilə biləcəyi” ilə bağlıdır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Freddi” qasırğası “36 günlə tarixin ən uzun qasırğası” oldu

Şükufə Ramizqızı

Onun ordu haqqında dedikləri Putini qəzəbləndirdi!

Aynur Camal

Sol ittifaq birinci yerə çıxdı, heç bir partiya təkbaşına səs çoxluğu əldə edə bilmədi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu