9 C
Baku
20 Fevral 2026, 3:04
Siyasət

ABŞ Venezuelaya hücumu V. Putinin maraqlarına cavab verir..

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

“ABŞ prezidenti D. Tramp V. Putini ona görə dəstəkləyir ki, eyni siyasi düşüncəyə malikdir. V. Putinin Ukraynaya qarşı işğalına bir növ dəstək verir. D. Trampın Venezuela qarşı hərbi əməliyyatlara əmr verdiyi və paytaxtın bombalanması xəbərləri gəlir.

D. Tramp və V. Putin Ankoricdə razılaşma əldə edib. V. Putin dəfələrlə Ankoricdə razılaşma əldə edildiyini vurğulayır. Həmin görüşdə Donbasın Rusiya tam verilməsi və digər işğal olunmuş ərazilərin ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması razılaşdırılıb”.

Bugun.tv– xəbər verir ki bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında verib.

Ekspertin sözlərinə görə, V. Putin, Ukraynada “xüsusi əməliyyat” adı altında işğal müharibəsi aparır. D. Tramp da Venezuela da “narkokartellere qarşı” əməliyyat adı ilə bir ölkəni işğal edir.

Baş verənlər V. Putinin maraqlarına xidmət edir. Özünü sülh adamı elan edən D. Trampın bir ölkənin suverenliyinə qarşı hərbi əməliyyatlar keçirir.

Azərbaycan və Ermənistanın adını düzgün tələffüz etməyən, xəritədə bu ölkələrin harada olduğunu bilməyən D. Tramp deyir ki, müharibəni mən bitirdim. D. Trampın hansı müharibəni bitirdiyini axtarıb tapa bilmirəm.

Məhəmməd Əsədullazadə həmçinin qeyd edib ki, Venezuela hücum birbaşa Rusiya və Çinin geosiyasi maraqlarını artıracaq. ABŞ yaxın tarixdə Əfqanıstan və İraqa hərbi müdaxiləsi bu ölkələrə sülh gətirmədi. Venezuelaya da hücum ABŞ üçün uğurlu olmayacaq.

Aynur Camal

Oxşar xəbərlər

“Cenevrə görüşündən nəticə çıxmasa, müharibə qaçınılmazdır” – politoloq

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

İran Hürmüz Boğazı’nı hərbi təlim səbəbi ilə müvəqqəti bağlayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu