Baş xəbərDünya

ABŞ və Fransa: “İranın “Xeybər”uzaqmənzilli raket sınağı 2231 saylı qətnaməni pozur”

ABŞ və Fransa: “İranın “Xeybər”uzaqmənzilli raket sınağı ciddi təhdiddir və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur”.

Bugun.tv xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə müsahibəsində deyib: “İranın ballistik raketlər hazırlaması regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, nüvə silahlarının yayılmaması üçün mühüm çağırışdır”.

ABŞ hökumətinin rəsmisi Vaşinqtonun Tehranın bu fəaliyyətlərinin qarşısını almaq üçün sanksiyaların tətbiqi də daxil olmaqla, mümkün vasitələrdən istifadə etməyə davam etdiyini diqqətə çatdırıb.

Mənbə: Azad İran

Aynur Camal

Oxşar xəbərlər

Dünya okeanlarının temperaturu rekord həddə çatdı

Aynur Camal

Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 7 milyard dollarlıq əyləncə parkı yaradacaq

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsi Türk dünyasının inteqrasiyasında tarixi addımdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu