28 C
Baku
14 İyun 2025, 15:43
Dünya

“ABŞ və İran arasında nüvə danışıqları davam edir”

Bugun.tv xəbər verir ki, politoloq Məhəmməd Əssədullazadə bu məsələ ilə bağlı paylaşım edib. O deyib ki, ABŞ və İran arasında nüvə danışıqları davam edir və yaxın vaxtlarda növbəti raundun keçirilməsi gözlənilir:

“Danışıqların bu mərhələsində İran İsrailin nüvə texnologiyaları ilə bağlı sənədlərini ələ keçirdiyini iddia edib. Bu isə İsraildə ciddi narahatlıq yaradıb. Baş nazir Benyamin Netanyahu İrana qarşı mümkün hərbi zərbələrdə maraqlıdır və bu istiqamətdə simulyasiya təlimləri keçirir.

Tramp isə açıq şəkildə diplomatik danışıqlara üstünlük verdiyini bəyan edib. Buna baxmayaraq, danışıqların uğurla nəticələnməsi real görünmür”.

Politoloq Məhəmməd Əssədullazadə

Eyni zamanda politoloqun fikrincə, İranın hərbi hədəfə çevrilməsi Azərbaycan üçün arzuolunan ssenari deyil: “Çünki İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. İran öz nüvə ambisiyalarından əl çəksə, regionda sabitlik bərpa oluna bilər. Hazırda görünən odur ki, İran nüvə silahı əldə etməyə çalışır. Əgər bu baş verərsə, İsrailin İrana hərbi hücum ehtimalı ciddi şəkildə gündəmə gələ bilər”.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Makron Avropa müdafiəsində “strateji muxtariyyət”i vurğulayır

Aynur Camal

Təxminən 10 min adam həbs edildi!

Aynur Camal

Qəzzada 1,7 milyon fələstinli didərgin düşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu