ABŞ Prezidenti Donald Tramp ABŞ və Kanada arasında yeni ticarət razılaşmasına nail olunduğunu açıqlayıb. Razılaşma nəticəsində Kanadadan ABŞ-a idxal olunan bəzi məhsullara tətbiqi nəzərdə tutulan 50 faizlik yeni tariflərin təxirə salınması qərara alınıb.
ABŞ və Kanada arasında danışıqlar yeni tariflərin qüvvəyə minməsinə az müddət qalmış intensivləşib. Razılaşmanın əsas məqsədi iki ölkə arasında ticarət münasibətlərində yaranan gərginliyin daha da artmasının qarşısını almaqdır.
Tramp daha əvvəl Kanadanın müəyyən məhsullarına 50 faiz gömrük rüsumu tətbiq edəcəyini bildirmişdi. Yeni razılaşma isə bu addımın ən azı müəyyən müddətə təxirə salınmasına imkan verib.
Mənbə: Anadolu Agentliyi
