10 C
Baku
22 Dekabr 2024, 23:45
Digər

ABŞ və Ukrayna arasında yeni razılaşma! 

Son xəbərlər… ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski iki ölkə arasında 10 il qüvvədə olacaq təhlükəsizlik sazişi imzalayıb. ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski iki ölkə arasında 10 il qüvvədə olacaq təhlükəsizlik sazişi imzalayıb. Məsələ ilə bağlı sosial media hesabından açıqlama verən Vladimir Zelenski “Ukrayna ilə ABŞ arasında müstəqilliyimizdən bəri ən güclü müqaviləni imzaladıq” deyib.

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski iki ölkə arasında 10 il qüvvədə olacaq tarixi təhlükəsizlik sazişi imzalayıb.

Ukrayna prezidenti Zelenski müqavilənin imzalanmasından sonra verdiyi açıqlamada, “Bu gün həqiqətən tarixi bir gündür. Müstəqilliyimizdən bəri Ukrayna ilə ABŞ arasında ən güclü müqaviləni imzaladıq” dedi.

Zelenski vurğulayıb ki, saziş təhlükəsizlik, insan həyatının qorunması, əməkdaşlığın təşviqi və xalqların güclənməsi ilə bağlıdır. O, həmçinin qeyd edib ki, saziş davamlı sülhün təmin edilməsi və qlobal miqyasda hər kəsə fayda verən addımları ehtiva edir.

Zelenski “Rusiyanın Ukraynaya qarşı müharibəsi əsl qlobal təhlükədir” deyərkən, Baydenə bu müqavilədə əks olunan liderliyinə və bu illər ərzində Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib.  Ukrayna lideri Ukrayna əsgərlərinə və bütün xalqa minnətdarlığını bildirib və “Mən xalqımızla və Ukraynanın edə biləcəyi ilə fəxr edirəm” deyib.

MÜQAVİLƏNİN təfərrüatları

Razılaşmada Amerikanın Ukraynanın bu müharibədə qalib gəlmə səylərini dəstəklədiyi açıq şəkildə ifadə edilir və F-16, Patriot sistemləri və döyüş təyyarələri kimi qabaqcıl müdafiə sistemləri ilə bağlı müddəalar müqavilədə yer alır. Həmçinin lazımi silahların tədarükü, birgə istehsalı və əməkdaşlıq yolu ilə iki ölkənin müdafiə sənayesinin gücləndirilməsi planlaşdırılır.

Müqavilə həmçinin Rusiyanın bu müharibədəki məsuliyyətinə və onun ukraynalıları məhv etmək cəhdlərinə toxunur, Amerika isə Rusiyanın hücumları nəticəsində dəymiş zərərin ədalətli ödənilməsini və Ukraynanın müdafiəsi və yenidən qurulması üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsini dəstəkləyir.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

“Bir qərənfil ömrü” adlı Anım Günü keçirilib.

Şükufə Ramizqızı

Prezident Ərdoğan “Qalatasaray” klubunu qəbul edib

Teymur Əziz

Ermənistan KTMT-də iştirakını dayandırıb – Baş nazir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu