Bugun.Tv xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Venesuelanın xarici işlər naziri Oliver Blanko ilə görüşərək ölkədə gələn il keçirilməsi mümkün olan seçkilərə hazırlıq məsələlərini müzakirə edib.
“Associated Press”in məlumatına görə, noyabrın 2-də Dövlət Departamentində baş tutan görüş Vaşinqtonun Venesuelada seçki prosesinin yenidən qurulması və siyasi barışığın təmin olunması istiqamətində səylərinin bir hissəsidir.
Tərəflər arasında müzakirə Venesuela hakimiyyəti ilə müxalifət nümayəndələrinin seçki sistemində islahatların aparılması barədə razılaşmasından təxminən iki həftə sonra keçirilib. Həmin dəyişikliklərin 2027-ci ildə azad və ədalətli seçkilərin təşkili üçün əsas yaratması nəzərdə tutulur.
ABŞ Dövlət Departamenti görüşdə siyasi barışıq, dövlət institutlarında islahatlar və seçki prosesinə hazırlıq məsələlərinin müzakirə olunduğunu bildirib. Rubio həmçinin Venesuelada hələ də həbsdə saxlanılan siyasi məhbusların azad edilməsinin vacibliyini vurğulayıb.
Vaşinqton seçki prosesinin bütün siyasi qüvvələrin etibar edə biləcəyi şəkildə qurulmasını istədiyini bildirir.
Mənbə: Associated Press
