Dünya

ABŞ xarici işlər naziri Blinkendən PKK şərhi! “Türkiyə üçün təhlükə”

ABŞ dövlət katibi Antoni Blinken Suriyadakı son hadisələrlə bağlı açıqlamalar verib və PKK-nın Türkiyə üçün təhlükə olduğunu qeyd edib.

Blinken terror təşkilatı QSD-nin DEAŞ-la mübarizədə “kritik rolu” olduğunu ifadə edərək, “Eyni zamanda, bölgədə yeni bir qarşıdurmanın yaranmasının qarşısını almaq istəyirik” deyib.

Digər tərəfdən amerikalı nazir prezident Ərdoğanla görüşəcəyini də bəyan edib.

İordaniyadan Ankaraya gələcək ABŞ dövlət katibi Antoni Blinken Suriyadakı son hadisələrlə bağlı açıqlamalar verib.

Blinken ABŞ-ın dəstəklədiyi terror təşkilatı SDQ-nin DEAŞ-la mübarizədə mühüm rol oynadığını bildirib. PKK-nın Türkiyə üçün təhlükə olduğunu qeyd edən Blinken, “Eyni zamanda, bölgədə yeni bir qarşıdurmanın yaranmasının qarşısını almaq istəyirik” deyib.

Digər tərəfdən, amerikalı nazir prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirərək, “Suriyada terrorla mübarizə müzakirə edəcəyimiz mövzulardan biridir” deyə bildirib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın 80-ci Müstəqillik Günü Bakıda qeyd edildi

Aynur Camal

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu