28 C
Baku
10 Sentyabr 2025, 16:21
DünyaSiyasət

ABŞ Yaxın Şərqdə yeni siyasi nizam qurur..

Bugun.tv-xəbər verir ki, İsraillə- Həmas arasında gedən son vəziyyətlə bağlı siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında şərhini paylaşıb.

Ekspert qeyd edib ki, İsraillə- Həmas arasında atəşkəs və girovların azad olunması ilə bağlı danışıqlar keçiriləcək. ABŞ prezidenti ötən gün HƏMAS-a ultimatum verərək, danışıqlar masasına çağırıb. Həmas liderləri də danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya gəlib.

“İsrail və ABŞ Həmasla danışıqlarda maraqlı olmayıb. İsrailin əsas məqsədi Qəzzanı Həmas idarəçiliyindən almaq və burada 200 minə yaxın fələstinli saxlamaqdır. Qəzzada 2 milyon əhali yaşayır. Onların anklavı tərk etməsi üçün bütün infrastruktur obyektləri və yaşayış məskənləri məqsədli şəkildə dağıdılır” – deyə ekspert əlavə edib.

O həmçinin bildirib ki, Həmas liderləri Dohada danışıqlar prosesinə hazırlıq fonunda İsrail tərəfindən bombalanması ABŞ razılığı ilə həyata keçirilib: “ABŞ Yaxın Şərqdə heç bir silahlı təşkilatın qalmaması üçün yeni strategiya ortaya qoyub. Hizbullah Livanda ləğv edilir. Həmasın da sonu yaxınlaşır. Növbəti hədəfdə Yəməndə Husilər olacaq. İsrailin HƏMAS liderlərini öldürməsi, bəzi İsrailli sabiq rəsmilərin eyni analoji addımı Türkiyə rəhbərliyinə qarşı keçiriləcəyini qeyd edir. İsrailin əlində olan qırıcılardan Türkiyənin də var. Türkiyə eyni hücumu İsrail rəhbərliyinə qarşı keçirmək iqtidarındadır. İsrail belə hücumları təkbaşına deyil, birbaşa ABŞ-la birgə keçirir. İsrailin Türkiyə liderlərini hədəf almaq kimi açıqlamaları sadəcə psixoloji bir təzyiqdir” – deyə siyasi ekspert qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Ölənlərin sayı 38 min 193-ə yüksəldi

Sevinc Sadıqova

“Shen Yun Performing Arts” 2024-cü ilin dünya turuna başladı

Teymur Əziz

Zelenski ölkənin Silahlı Qüvvələrinin baş komandanlarının müavinlərini və Baş Qərargahı rəislərinin müavinlərini də təyin etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu