13 C
Baku
3 Dekabr 2025, 1:00
Mədəniyyət

Abşeron rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Vətən bağı”adlı tədbir keçirilib

Abşeron rayon mədəniyyət müəssisələrinin kollektivləri Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda konsert proqramı ilə çıxış ediblər

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mədəniyyət Mərkəzinin və Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşa ili çərçivəsində “Vətən bağı”adlı tədbir keçirilib.Tədbirdə xalq tətbiqi dekorativ -sənət ustalarının əl işləri sərgilənib.Daha sonra 44 günlük vətən müharibəsində igidlik göstərərək adını tarixə yazan şəhidlərimiz anılıb, onların qəhrəmanlığından danışılıb.Cənab prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edilib.

Qobu uşaq incəsənət məktəbinin “Odlar diyarı” ritm qrupunun Qarabağ kompozisiyası ilə başlanan bədii hissədə incəsənət ustalarının çıxışları ilə davam edib.Konsert proqramı sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Min bir gecə” baleti ilk dəfə Oman səhnəsində nümayiş olundu

Aynur Camal

Novruz bayramının maraqlı adət-ənənələri

Kəmalə Sultan

İlin ən gözlənilən türk filmi “Park Cinema”da – VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu