25 C
Baku
20 İyul 2025, 7:41
Baş xəbərKriminal

Abşeron rayonunda cinayət və inzibati xarakterli 1710 fakt aşkar olundu

Bugun.tv xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.

Tədbirlər çərçivəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş Ramil Hüseynov Hökməli qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkar edilib.
Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən növbəti əməliyyat keçirilib. Axtarış zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Fərman Muradov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri keçirilib. Əməliyyat zamanı da üzərində qanunsuz olaraq odlu silah saxlayan Absət Abdullayev və Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi təşkil edən əvvəllər məhkum olunmuş Balabəy Ağadadaşov da saxlanılıblar. Onlardan 1 ədəd “TT” markalı tapança, 8 ədəd patron və 1 kiloqramdan artıq heroin aşkar edilib.

Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları növbəti əməliyyat tədbirləri keçirilib. Tədbirlər nəticəsində saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuş Şahmar Sadiqovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 9 ədəd patron aşkar edilib. Digər əməliyyat zamanı Abşeron rayonunda silsilə oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9, “isti izlərlə” cinayətin açılması üzrə 30, narkotiklə əlaqəli cinayətlərə görə 9 nəfər saxlanılıb.

Abşeron rayonunda məliyyat-profilaktiki tədbirlər keçirilib. Axtarış zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlığa və xırda talamaya görə 30 fakt aşkarlanıb, mülki axtarışda olan 27 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan 105 sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyərdə və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən, konstruksiya dəyişikliyi edən 18 sürücü müəyyən edilib, dayanma-durma qaydalarının pozulmasına görə 196 fakt üzrə protokol tərtib olunub.

Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1710 fakt aşkar olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

G20-yə sədrlik Braziliyadan Cənubi Afrikaya keçdi

Aynur Camal

Dövlət işçilərinə və sahibkarlara əlilliyi olan qadınlarla davranış qaydası ilə bağlı təlim keçilib

Elnarə Dərziyeva

Sabah qar yağacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu