29 C
Baku
28 İyun 2025, 21:31
Kriminal

Abşeronda ər arvadını qətlə yetirib

Noyabrın 16-sı Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Əfsanə Nuruyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkənin əri, 1992-ci il təvəllüdlü Səadətdin Nuriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Əfsanə Nuruyevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Təcili yardım otağında təsadüfi atəş açdı: 5 nəfər yaralandı

Bugün TV

Dəmir yollarından oğurluq edən şəxslər saxlanıldı

Bugün TV

Dubayda saxlanılan “Spartak”ın futbolçusunun işinin sonrakı gedişi məlum oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu