Bugun.tv xəbər verir ki, Abşeron rayonunun mədəniyyət müəssisələrinin əməkdaşları N saylı hərbi hissədə olublar. Novruz bayramı münasibəti ilə əsgər və zabit heyətinə konser veriblər.
Tədbirdə Ümummilli lider Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Abşeron rayon mədəniyyət müəssisələrinin incəsənət ustalarının ifası ilə konsert davam etdirilib.
Şənlikdə Novruz bayramının atributları olan keçəl, kosa və bahar qızının şən zarafatları, əyləncəli oyunları tədbirə rəng qatıb.
Sonra bir sıra mədəniyyət işçiləri hərbi hissədə mütəmadi olaraq keçirdikləri mədəni-kütləvi tədbirlərə görə, həmçinin şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində, hərbiçilərin asudə vaxtının səmərəli keçirilməsində əldə etdikləri nailiyyətlərə görə, Fəxri fərmanla təltif olunublar.
əvvəlki yazı
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri