10 C
Baku
22 Dekabr 2024, 15:58
Hadisə

Abxaziya Milli Qalereyasında dörd mindən çox rəsm əsəri yandı

Bugun.tv xəbər verir ki, Suxumda Mərkəzi Sərgi Salonunun binasında yanğın baş verib. Dörd mindən çox rəsm əsəri yanıb. Bu barədə bazar günü, yanvarın 21-də Apsnypress məlumat yayıb.

Yanğın səhər saat dörd radələrində başlayıb. Söndürülməsində ondan çox yanğınsöndürmə briqadası iştirak edib. Səhər yeddiyə qədər yanğın lokallaşdırılıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı binalara, Abxaziya və Rusiya teatrlarına keçməsinin qarşısını ala biliblər.

Demək olar ki, bütün dövlət incəsənət fondu məhv olub. “Biz bu binada olan bütün fondu praktiki olaraq itirdik. Bunlar mədəniyyətimiz üçün ciddi itkilərdir” deyə respublikanın vitse-prezidenti Badra Qunba RİA Novosti-yə bildirib.

Mədəniyyət naziri vəzifəsini icra edən Dinara Smir bildirib. Aleksandr Çaçba-Şervaşidzenin 300-ə qədər əsəri yanğın zamanı itib. O, hadisəni “Abxaziyanın milli mədəniyyəti üçün əvəzedilməz itki” adlandırıb.

Mənbə: lenta.ru

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

18 avtomobil zəncirvari qəzaya düşdü

İntizar Əmirova

Mədənin çökməsi nəticəsində xəsarət alan daha iki işçi evə buraxıldı

Bugün TV

Erməni hərbi qüvvələrinə məxsus silah-sursat aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu