Keniyada “aclıq kultu” istintaqında tapılan meyitlərin sayı 133-ə çatıb.
Bugun.tv xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yer alıb.
“Aclıq kultu”nun təqibçilərini “ölüm orucu”na sürükləyən və həyatlarını itirənlərin təhqiqatında dünən kütləvi məzarlıq axtarışları bərpa edilib.
Sahil Dairəsinin komissarı Rhoda Onyança, dini lider Paul Mackenzienin terrorizmdə günahlandırıldığı istintaqda daha 21 nəfərin cəsədinin tapıldığını söyləyib.
Onyança təriqətin yerləşdiyi Malindi şəhərində 566 nəfərin hələ də itkin düşdüyünü bildirib.
Keniya mətbuatında tez-tez donor qaçaqmalçılığı şübhəsinin gündəmə gəlməsinin ardından edilən araşdırmalarda bəzi insanların orqanlarının çıxarıldığı aydın olub. Yarılmalarda bəzi uşaqların boğularaq öldüyü müəyyən edilib.
Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitinə çatacaqlarını bildirib.
Nthenge-nin həbsindən sonra başqa cinayətlərdə əli olduğu iddia edilən Yeni Həyat Namaz Mərkəzi və Kilsə Pastoru Ezekiel Odero da saxlanılıb.
“Aclıq kultu” ilə bağlı istintaq komissiyası yaradılıb.
Mənbə: TRT haber