27 C
Baku
28 İyun 2025, 10:59
Mədəniyyət

“Addımların izi ilə” tamaşasının premyerası olub

Bugun.tv xəbər verir ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində birpərdəli “Addımların izi ilə” tamaşasının premyerası keçirilib. Tamaşa Ümummilli lider H.Əliyevin həyatdakı roluna həsr olunub.

Tədbirin açılışını AMEA-nın prezidenti İsa Həbibbəyli edib. O, Heydər Əliyevin həyat və yaradıcılığından söz açıb, onun xalqını sevən, qayğısına qalan, hər an düşünən, fədakar lider olduğunu diqqətə çatdırıb. Sonra kompleksin direktoru Aygün Mikayılova çıxış edib.

Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşlarının da qatıldığı premyera böyük coşqu ilə keçib.

“Addımların izi ilə” tamaşasında yuxarı sinif şagirdləri rol alıb. Rejissoru Bəhruz Vaqifoğlu, ssenari müəllifi isə Pərviz Seyidlinin olduğu səhnə əsərində rejissor özü də iştirak edib.

Müxbir: Aysel Şükürlü

 

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Rəssamlıq Akademiyasına yeni rektor təyin edilib

Aynur Camal

Şəki Dövlət Dram Teatrında “Açıq qapı günü” keçirilib

Şükufə Ramizqızı

12 noyabr konustitusiya günüdür

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu