19 C
Baku
28 Oktyabr 2025, 5:36
Baş xəbərDünya

“Aeroport tətili” 100 mindən çox sərnişinə mane oldu

Bugun.tv xəbər verir ki, Almaniyanın dörd hava limanında təhlükəsizlik işçiləri 48 saatlıq tətil elan edib.

Uçuşların əksəriyyəti dayandırdığı üçün 100 mindən çox sərnişinin işi iflic vəziyyətə düşüb.

Birləşmiş Xidmət Sənayesi Birliyinə bağlı təhlükəsizlik işçiləri işəgötürənlərlə əmək haqlarını artırmaq üçün aparılan danışıqlarda razılığa gələ bilmədikdən sonra, dünən axşamdan Hamburq, Köln/Bonn və Düsseldorf hava limanlarında iş dayandırılıb.

Daha nə qədər reysin ləğv ediləcəyi bəlli deyil.

Xatırladaq ki, Almaniyada qeyri-adi yüksək inflyasiya ilə artan yaşayış xərclərini kompensasiya etmək üçün işçilər daha yüksək maaş tələb etdikdən sonra tətil dalğası son aylarda yayılıb.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Finlandiya Türkiyənin terrorla bağlı narahatlığını ciddi qəbul edir

Bugün TV

3,9 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Anar Kərimovun müvafiq tapşırığı ilə hazırlanan qərarın icrasına başlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu