Bugun.tv xəbər verir ki, Almaniyanın dörd hava limanında təhlükəsizlik işçiləri 48 saatlıq tətil elan edib.
Uçuşların əksəriyyəti dayandırdığı üçün 100 mindən çox sərnişinin işi iflic vəziyyətə düşüb.
Birləşmiş Xidmət Sənayesi Birliyinə bağlı təhlükəsizlik işçiləri işəgötürənlərlə əmək haqlarını artırmaq üçün aparılan danışıqlarda razılığa gələ bilmədikdən sonra, dünən axşamdan Hamburq, Köln/Bonn və Düsseldorf hava limanlarında iş dayandırılıb.
Daha nə qədər reysin ləğv ediləcəyi bəlli deyil.
Xatırladaq ki, Almaniyada qeyri-adi yüksək inflyasiya ilə artan yaşayış xərclərini kompensasiya etmək üçün işçilər daha yüksək maaş tələb etdikdən sonra tətil dalğası son aylarda yayılıb.
Mənbə: TRT