Bugun.tv xəbər verir ki, Yunanıstanın paytaxtı Afinanın mərkəzində Yunanıstan Əmək Nazirliyinin binası yaxınlığında partlayış baş verib. Bu barədə ERT News məlumat yayıb.
“Bomba 1:29-da (Moskva vaxtı ilə 2:29) Əmək Nazirliyinin qarşısında, Stadiu və Pesmazoğlu küçələrinin kəsişməsində partladı. Saat 00:49-da Efimerida ton Syntakton nəşrinin redaktorları bombanın 40 dəqiqə ərzində partlayacağı və maddi ziyana səbəb olacağı xəbərini aldılar” nəşr bildirib.
Məlumata görə, partlayıcı qurğu olan çanta bank binasının qarşısında, şöbə ilə üzbəüz pilləkənlərə qoyulub.
Qeyd olunur ki, bomba xəbəri yayıldıqdan sonra ərazi polis tərəfindən mühasirəyə alınıb. Nəqliyyatın hərəkəti istiqamətləndirilib. Hazırda Yunanıstan polisinin xüsusi antiterror bölməsi tərəfindən ilkin araşdırma aparılır.
Bundan əvvəl hücumçular İstanbulda katolik kilsəsinə atəş açmağa başlayıblar. Atışma nəticəsində bir neçə nəfər yaralanıb. Birini xilas etmək mümkün olmayıb. Ümumilikdə ibadət zamanı kilsədə təxminən 50 nəfər olub. İş üzrə 51 nəfər saxlanılıb. Onlardan 23-ü deportasiya olunacaq.
Mənbə lenta.ru
Müxbir Qaytən Qasımzadə