30 C
Baku
28 İyun 2025, 15:47
Baş xəbərDünya

Afrika çatı: Yeni qitə formalaşır

Beynəlxalq geoalimlər qrupu Afrikanı iki yerə bölə biləcək “ürək döyüntüsü” aşkar ediblər.

Dünyanı riskə atan inkişaf…

Alimlərin fikrincə, Efiopiyada Yer səthinin dərinliklərindən gələn “ürək döyüntüsü”nə bənzər vibrasiya Afrika qitəsini yavaş-yavaş ikiyə bölür.

Bu proses nəticədə altı Afrika ölkəsinə yeni sahil xətləri verəcək bir okean yaradacaq.

Ancaq bu dəyişiklik milyonlarla il çəkəcək.

Bu isti qayalar Afrikanın altından səthə doğru şişir və Efiopiyanın Afar bölgəsindən başlayaraq yavaş-yavaş qitəni parçalayır.

Afar bölgəsi Yer kürəsində üç tektonik qırılmanın kəsişdiyi azsaylı yerlərdən biridir: Efiopiya Baş Rift Vadisi, Qırmızı dəniz qırağı və Ədən körfəzi qırağı. Elm adamları əvvəllər Afrika plitələrinin sadəcə olaraq bir-birindən ayrıldığını düşünürdülər.

Bununla belə, may ayında nəşr olunan bir araşdırma, yeraltı intensiv vulkanik fəaliyyətin bu ayrılmadan məsul ola biləcəyini ortaya qoydu.

Yeni araşdırma bu prosesi daha ətraflı izah edir. Nature Geoscience elmi jurnalında dərc edilən araşdırmaya görə, Afarın altındakı mantiya sabit deyil; ürək kimi döyünür və bu nəbzlər daim onun üstündəki tektonik plitəni sıxır.

Nəhayət, bu təzyiq plitəni qıracaq, qitənin parçalanmasına və yeni okeanın yaranmasına səbəb olacaq.

“Afarın altındakı mantiya nə homojendir, nə də hərəkətsizdir. O, ritmik olaraq nəbz edir və bu impulslar fərqli kimyəvi izlər daşıyır” tədqiqatın aparıcı müəllifi Dr. Emma Watts deyib.

Tədqiqatçılar Afar bölgəsindən və Efiopiyanın Main Rift Vadisindən 130-dan çox vulkanik qaya nümunəsi toplayıb, yerin dərin strukturunu aşkar ediblər.

Tədqiqatın digər müəllifi Dr. Derek Keir, tapıntıların vulkanların, zəlzələlərin və qitələrin parçalanma proseslərinin elmi şəkildə anlaşılması üçün “dərin təsirləri” olduğunu söyləyib.

Keir, “Bu tədqiqat göstərir ki, dərin mantiyanın yuxarı qalxması tektonik plitələrin altında hərəkət edə bilər və vulkanik fəaliyyətin ən incə nöqtələrdə cəmləşməsinə imkan verir” deyib.

Afrika Şərqi Rift Sistemi (EARS) Yer kürəsində ən böyük aktiv kontinental rift sistemidir və Afrika qitəsini təxminən 3500 kilometrlik bir ərazidə parçalayır.

Yanvar ayında Kaliforniya Universitetindən professor Ken Makdonald qitənin gözlənildiyindən daha sürətlə parçalandığını bildirmişdi.

Somali, Efiopiyanın bir hissəsi və Keniya və Tanzaniyanın bir hissəsi yeni qitə təşkil edəcək. Bu qitə yeni okean sahil xətti ilə mövcud olacaq.

Makdonald həmçinin bildirib ki, su bölgəni doldurmağa davam edərsə, yaranacaq yeni okean Atlantik okeanı qədər dərin ola bilər. Bununla belə, çatlar artıq görünsə də, qitənin tamamilə ayrılması və yeni okeanın formalaşması üçün daha bir neçə milyon il lazım olacaq.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Borrell: İsrailin Livandakı hücumlarında ölənlərin sayı dəhşət saçır

Aynur Camal

Rusiyada füsunkar robot Loona təqdim olundu 

Aynur Camal

Azərbaycan HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu