Malavidə Freddi qasırğasının təsirindən həyat iflic olub. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 41-ə, yaralıların sayı isə 707-yə çatıb.
Bugun.tv xəbər verir ki, bu barədə Fəlakət İdarəetmə Mərkəzi məlumat yayıb.
Sərhədsiz Həkimlər Təşkilatının (SHT) Malavidəki Fövqəladə Hallar Layihə Koordinatoru Quilherme Botelho xəbərdarlıq edib. O bildirib ki, qasırğa vəba epidemiyası ilə mübarizə aparan ölkədə kütləvi yoluxmaya səbəb ola bilər.
Qeyd edək ki, Malavidən əvvəl Freddi qasırğası nəticəsində qonşu Mozambikdə ölənlərin sayı 20-yə çatıb. İki Afrika ölkəsində həyatı iflic edən təbii fəlakətin bu gün qurudan uzaqlaşaraq, dənizə doğru hərəkət edəcəyi gözlənilir.
