28 C
Baku
19 İyul 2025, 11:32
Baş xəbərDünya

Afrika ölkəsində müəmmalı xəstəlik: Yüzlərlə ölüm…

Afrika ölkəsi Konqo Demokratik Respublikasında müəmmalı xəstəlik panikası yaşanır. Səlahiyyətlilər qripə bənzər xəstəlikdən indiyədək 143 nəfərin öldüyünü açıqlayıb.

Konqo Demokratik Respublikasının cənub-qərbində müəmmalı xəstəlikdən ölənlər var.

Yerli hakimiyyət orqanları noyabr ayında qripə bənzər xəstəlikdən 143 nəfərin öldüyünü açıqlayıb.

Xəstəliyə yoluxan şəxslərdə yüksək hərarət, baş ağrısı kimi qrip əlamətlərinin olduğu, səhiyyə işçilərinin nümunələrin götürülməsi üçün bölgəyə göndərildiyi qeyd edilib.

Vətəndaş cəmiyyətinin lideri Cephorien Manzanza məsələ ilə bağlı açıqlamasında bölgədəki vəziyyətin kifayət qədər narahat olduğunu bildirib.

Yerli epidemioloq qeyd edib ki, xəstəlikdən ən çox qadınlar və uşaqlar əziyyət çəkir.

Qeyd olunub ki, xəstəliklə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ötən həftə məlumat verilib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Rusiya öz kosmik stansiyasını ilk 2027-ci ildə buraxacaq

Sevinc Sadıqova

15 min manat oğurlayan saxlanıldı

Bugün TV

Elektrik avtomobilinin akkumulyatorunda törəyən yanğın 5 maşını külə döndərdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu