11 C
Baku
19 Aprel 2025, 9:46
Dünya

“Afrikanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəliyinin olmaması qəbuledilməzdir”

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Afrikanın qlobal sülh və təhlükəsizlikdəki rolunun əhəmiyyətini vurğulayaraq, Afrikanın BMT Təhlükəsizlik Şurasında daimi təmsil olunmamasının “qəbuledilməz” olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (BMTŞ) sessiyasında çıxış edən BMT-nin baş katibi Antonio Quterreş Afrikanın Şuradakı təmsilçiliyi ilə bağlı açıqlamalar verib.

Afrikanın Şurada təmsil olunduğu islahatlara təcili ehtiyac olduğunu vurğulayan Quterreş, “1945-ci ildən bəri BMT Təhlükəsizlik Şurası qlobal sülh və təhlükəsizliyin əsasını təşkil edir, lakin onun təməlindəki çatlar göz ardı edilə bilməyəcək qədər böyüyür” deyib.

Şuranın “İkinci Dünya Müharibəsinin qalibləri tərəfindən tərtib edildiyini və o dövrün güc strukturlarını əks etdirdiyini” qeyd edən Quterreş 1945-ci ildən bu yana dünyanın əhəmiyyətli dərəcədə dəyişdiyini və Şuranın strukturunun bununla “ayaqlaşa bilməyəcəyini” bildirib.

Qlobal sülh və təhlükəsizlikdə Afrikanın rolunun əhəmiyyəti

1945-ci ildə indiki Afrika ölkələrinin əksəriyyətinin müstəmləkə altında olduğunu və beynəlxalq məsələlərdə söz sahibi olmadığını xatırladan Quterreş, “1 milyarddan çox əhalisi olan Afrika qitəsinin dünya miqyasında daimi təmsil olunmamasını qəbul edə bilmərik” deyib.

Afrikanın qlobal sülh və təhlükəsizlikdəki rolunun əhəmiyyətini vurğulayan Quterreş deyib: “Afrika Təhlükəsizlik Şurasından tutmuş beynəlxalq maliyyə qurumlarına qədər qlobal idarəetmə strukturlarında az təmsil olunur və bu strukturların həll etmək üçün nəzərdə tutulduğu problemlərdə həddindən artıq təmsil olunur” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Paris Moda Həftəsində fənər çantası təqdim olundu: artıq satışda

Aynur Camal

Sizi isti saxlayacaq 8 sviter dizaynı

Aynur Camal

NATO ölkələri müdafiə xərclərini artırdılar

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu