Dünya

Afrikanın ilk ağır yük səhrа dəmir yolu Əlcəzairdə istifadəyə verildi

Əlcəzair dəmir yolu, Afrikada ilk səhrа dəmir yolu, ağır yük daşımaları, Sahara səhrası layihələri, Çin-Əlcəzair əməkdaşlığı, mədənçilik infrastrukturu, Afrika nəqliyyat layihələri

Afrikada ilk dəfə olaraq ağır yük daşımaları üçün nəzərdə tutulmuş səhrа dəmir yolu Əlcəzairdə rəsmi şəkildə istifadəyə verilib. Əlcəzair Qərb Mədənçilik Dəmir Yolu adlanan layihənin açılış mərasimi ölkənin Beşar vilayətində təşkil olunub.

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun çıxışında dəmir yolunun artıq tam fəaliyyətə başladığını elan edib. Layihə ölkənin milli dəmir yolu şəbəkəsinin genişləndirilməsinə, xüsusilə də cənub-qərb bölgələrində nəqliyyat əlaqələrinin və iqtisadi inkişafın gücləndirilməsinə xidmət edir.

Ümumi uzunluğu 950 kilometr olan dəmir yolunun 578 kilometrlik hissəsi Çin Dəmir Yolu Tikinti Şirkəti ilə Əlcəzairin dövlət qurumları tərəfindən inşa olunub. 8 mindən çox çinli və əlcəzairli işçi layihəni çətin Sahara səhrası şəraitində cəmi 24 ay ərzində tamamlayıb.

Yerli mediaya görə, dəmir yolu xətti ildə 50 milyon ton dəmir filizi daşıma gücünə malik olacaq. Eyni zamanda, xətt sərnişin daşımalarını da təmin edərək marşrut boyunca yaşayan əhalinin gündəlik həyatını asanlaşdıracaq. Layihənin istismarı dövründə ən azı 3 min yeni iş yerinin yaradılacağı gözlənilir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Dünyada 2,1 milyard insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Aynur Camal

Aİ Rusiya neftindən imtinanı təxirə sala bilər – səbəb Yaxın Şərqdə gərginlik

Aynur Camal

Xamenei: ABŞ və İsrail İranda hakimiyyətin devriləcəyini düşünməklə səhv edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu