Baş xəbərDünya

Ağ Ev: Öcalanın çağırışı bölgəyə sülh gətirəcək

ABŞ terror təşkilatı PKK lideri Abdullah Öcalanın çağırışını alqışlayıb. Ağ Evdən verilən açıqlamada bu ifadələr işlədilib: “Öcalanın PKK-ya qarşı çağırışının bölgədə sülhün bərqərar olmasına kömək edəcəyinə inanırıq”. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının terror təşkilatı PKK-nın silahı yerə qoyaraq ləğv edilməsi çağırışından sonra PKK lideri Abdullah Öcalandan gözlənilən açıqlama gəlib.

Türk, kürd, ərəb və ingilis dillərində yayımlanan çağırışda Öcalan PKK-nın bütün ünsürlərinə bu gündən etibarən silahlarını yerə qoyma göstərişi verərək tarixi bir çağırış etdi. İmralıdan verilən açıqlamada “Bütün qruplar silahlarını yerə qoymalı və PKK özünü dağıtmalıdır” ifadələrdən istifadə edilmişdir.

Öcalan da bu çağırışa görə tarixi məsuliyyəti öz üzərinə götürdüyünü vurğulayıb.

AĞ EV: BÖLGƏDƏ SÜLHƏ KÖMƏK EDƏCƏK

Mövzu ilə bağlı Ağ Evdən diqqətçəkən açıqlama verilib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Hughes yazılı açıqlamasında, “Bu, mühüm bir hadisədir və ümid edirik ki, türk müttəfiqlərimiz ABŞ-ın Suriyanın şimal-şərqindəki DEAŞ-a qarşı olan tərəfdaşlarını sakitləşdirməyə kömək edəcək. Bunun bu problemli bölgəyə sülhün gətirilməsinə kömək edəcəyinə inanırıq” deyib.

İRAK KÜRD BÖLGƏLƏRİ İDARƏSİ

İraq Kürd Regional Rəhbərliyinin (KRG) sədri Neçirvan Bərzani də bu çağırışı müsbət qarşıladıqlarını bildirib.

Bərzani adına IKBY Rəyasət Heyətinin verdiyi yazılı açıqlamada “Prosesin uğurlu olması üçün hər cür rolu oynamağa hazırıq” ifadəsi işlədilib.

Bəyanatda “Daha yaxşı nəticələr və müvəffəqiyyətlər yalnız bu yolla (demokratiya) əldə edilə bilər, silah və zorakılıqla deyil” qiymətləndirmə aparılıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“MasterChef Türkiyə” Azərbaycandan verliş çəkdi

Kəmalə Sultan

Rusiya: Biz mülki hədəflərə hücumları pisləyirik

Bugün TV

Kəbə qonaqlarından Fələstinə dua: 3 milyondan çox zəvvar əllərini göyə açdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu