Dünya

Ağ Ev: Yaxın saatlarda İran səmasında tam nəzarət əldə ediləcək

Ağ Ev bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar uğurla davam edir və yaxın saatlarda İran hava məkanına tam nəzarət əldə olunacağı gözlənilir.

Bugun.tv xəbər verir ki, bu barədə Ağ Evin sözcüsü Karoline Leavitt jurnalistlərə açıqlamasında bildirib.

“Deyə bilərik ki, ‘Əfsanəvi Qəzəb Əməliyyatı’ indiyədək böyük rezonans doğuran uğurlu əməliyyatdır və indiyədək ciddi nəticələr verib”- deyə o bildirib.

Sözcü hımçinin qeyd edib ki, əməliyyat çərçivəsində yaxın saatlarda İran səmasında tam nəzarətin təmin olunacağı gözlənilir.

Karoline Leavitt İran hakimiyyətini sərt tənqid edərək bildirib ki, ölkədəki rejim zəifləyir və ABŞ-a qarşı törədilən addımların nəticələri ilə üzləşir.

Ağ Evin sözcüsü əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı ABŞ tərəfindən təqdim olunan müxtəlif təklif və təşəbbüslər Tehran tərəfindən qəbul edilməyib.

O vurğulayıb ki, ABŞ regiondakı müttəfiqləri ilə sıx əlaqə saxlayır və bölgədəki amerikalıların təhlükəsiz şəkildə ölkəyə qaytarılması prioritet məsələlərdən biridir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ müdafiə naziri: İranda ibtidai məktəbə hücum araşdırılır

Aynur Camal

“Sadiq Vəd 4” əməliyyatının 18-ci dalğasına start verildi

Aynur Camal

Putin: Rusiya Avropa qaz bazarından tamamilə çıxa bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu