ABŞ-ın White House administrasiyası İranın danışıqlara getməkdə əvvəlkindən daha istəkli olduğunu bildirib.
Ağ Evin mətbuat katibi Karoline Leavitt ABŞ və İsrailin İran əleyhinə həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı açıqlamasında qeyd edib ki, rəsmi Tehranın ictimaiyyət qarşısında sərt bəyanatlar verməsinə baxmayaraq, qapalı danışıqlarda fərqli mövqe nümayiş olunur.
Onun sözlərinə görə, əməliyyatlar plan üzrə davam edir və ABŞ ordusu İran üzərində hərbi üstünlüyünü artırır. Leavitt bildirib ki, “İran rejiminin mövcud vəziyyətə son qoymaq və hələ imkan varkən danışıqlar masasına qayıtmaq istəyi artmaqdadır”.
Açıqlamada indiyədək 11 mindən çox hədəfin vurulduğu, İranın ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlarının isə təxminən 90 faiz azaldığı iddia edilib. Həmçinin İran donanmasına ciddi zərbə vurulduğu və 150-dən çox dəniz vasitəsinin məhv edildiyi qeyd olunub.
Bundan əlavə, ABŞ Prezidenti Donald Trump İranın enerji infrastrukturuna planlaşdırılan zərbələrin təxirə salınması üçün 10 günlük fasilə verilməsi barədə göstəriş verib.
Ağ Ev rəsmisi İranla aparılan danışıqları “tarixi fürsət” kimi qiymətləndirərək, prosesin davam etdiyini və müsbət irəliləyişlərin olduğunu vurğulayıb.
Mənbə: Ensonhaber
