35 C
Baku
20 İyul 2025, 11:13
Texnologiya

Ağ Evdən NASA-ya yeni missiya: Ayda saat neçədir?

Bugun.tv xəbər verir ki, Ağ Ev NASA-ya Ayda vaxtı təyin etmək tapşırığı verib. Bunun üçün öncə ay mərkəzli Vaxta istinad sistemi yaradılmalıdır.

NASA 2026-cı ilin sentyabrından başlayaraq Artemis proqramı vasitəsilə kosmosa  astronavt göndərməyi planlaşdırır. Bu proqram həmçinin Ay bazasının yaradılmasına xidmət edir.

Qurum rəsmiləri bildirib ki, vahid Ay vaxtı standartı olmadan kosmik gəmilər arasında məlumat ötürülməsi – Yer, Ay peykləri, bazalar və astronavtlar arasında əlaqənin sinxronlaşdırılmasını təhlükəsiz təmin etmək çətin olacaq.

Vaxt uyğunsuzluğu həm də Ay ətrafında və ya orbitdə yerlərin xəritələşdirilməsi və yerləşdirilməsi səhvlərinə səbəb ola bilər.

Qeyd edək ki, Ayda cazibə qüvvəsi az olduğundan Yerlə müqayisədə orada vaxt bir qədər tez keçir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Tvitterə yeni funksiya əlavə olunur

Aynur Camal

ABŞ “növbəti böyük müharibə” üçün silahların siyahısını açıqladı

Kəmalə Sultan

Kia 427 min avtomobili geri çağırır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu