14 C
Baku
25 Aprel 2025, 3:35
Dünya

Ağ Evin təhlükəsizlik baryerlərinə çırpılan avtomobilin sürücüsü dünyasını dəyişib

ABŞ-da avtomobil Ağ Evin kampusunun təhlükəsizlik baryerlərinə çırpılıb. Qəzaya uğrayan avtomobilin sürücüsü dünyasını dəyişib.

ABŞ Gizli Xidmətindən verilən yazılı açıqlamada Vaşinqtonda yerli vaxtla saat 22.30-da yüksək sürətlə gələn avtomobilin Ağ Ev şəhərciyinin təhlükəsizlik baryerlərinə çırpıldığı bildirilib.

Açıqlamada qəzadan sonra avtomobildə ölü tapılan sürücünün şəxsiyyətinin hələ müəyyən edilmədiyi, həyata keçirilən təhlükəsizlik protokollarına uyğun olaraq Ağ Ev üçün hər hansı təhlükənin aşkar edilmədiyi bildirilib.

Açıqlamada hadisə “sadəcə yol-nəqliyyat hadisəsi” kimi qiymətləndirilib və araşdırmanın polis tərəfindən aparılacağı qeyd edilib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Qasırğadan sonra insanlar evlərinə qayıtmağa başladı

Aynur Camal

Əfqanıstanın yeganə qadın radiostansiyası yayımını bərpa edir

Aynur Camal

Yaponiya Rusiyaya tədarükünü dayandırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu