22 C
Baku
25 Aprel 2025, 15:24
Baş xəbərDünya

Ağ Evlə Netanyahu arasında “Qəzzada atəşkəs razılaşması” polemması davam edir

Ağ Ev bəyan edib ki, soyqırım törədən Netanyahunun “Qəzzada atəşkəs qaçılmaz deyil” sözlərinə baxmayaraq, danışıqlar davam edir və onlar atəşkəsə ümid edirlər.

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi telekonfransla keçirdiyi mətbuat brifinqində Qəzzadakı son vəziyyətlə bağlı gündəmi dəyərləndirib.

Kirbi bildirib ki, Doha və Qahirədə keçirilən atəşkəs danışıqlarından dəqiq nəticə olmasa da, bir çox məsələlərdə irəliləyiş əldə olunub, lakin xüsusilə də məhbusların mübadiləsi ilə bağlı fikir ayrılıqları var.

ABŞ-ın Qəzzada bir an əvvəl atəşkəs əldə edilməsini istədiyini və bunun üçün çox çalışdıqlarını vurğulayan Kirbi, bölgədən gələn xəbərlərin əksinə olaraq hələ də ümidli olduqlarını bildirib.

 Qatil Netanyahuya üstüörtülü cavab

Soyqırımçı Netanyahunun son günlər verdiyi “ABŞ-ın razılaşmanın 90 faizinin razılaşdırıldığı bəyanatı doğru deyil” və “Qəzzada atəşkəsə yaxın deyilik” ifadələrini xatırladan Kirbi İsrail baş nazirinin sözlərinə birbaşa cavab verməkdən yayınıb.

Kirbi, “Baş nazir özü və harada durduğu üçün danışır, lakin israilli həmkarlarımızla danışıqlarımız davam edəcək. Son dərəcə çətin olsa da, bəzi güzəştlər edilərsə və liderlik göstərilərsə, hələ də bu atəşkəs razılaşmasına nail ola biləcəyimizə inanırıq” deyib.

ABŞ rəsmisinin “Razılaşma 90 faiz tamamlandı” ifadəsini dəyərləndirən Kirbi, “Siz buna nikbinlik deyirsiniz, mən də doğru deyirəm. Bu, bizim (razılığa) nə qədər yaxın olduğumuzu göstərir, bu, harada olduğumuzu göstərir” deyib.

ABŞ-ın hələ də atəşkəs razılaşmasının əldə edilməməsindən “narahat olduğunu” qeyd edən Kirbi, Netanyahunun adlarını çəkmədən, “bir razılaşmanın yaxın olmadığı” barədə ictimaiyyətə açıqlamalarının prosesə kömək etmədiyini qeyd edib.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi dünən keçirdiyi telekonfransda Qəzzada atəşkəs razılaşmasının 90 faizinin mahiyyətcə tamamlandığını və iki ölkə arasında “əsir və əsirlərin mübadiləsi” və “Filadelfi dəhlizi” ilə bağlı danışıqların davam etdiyini bildirib.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ və Ermənistan arasında “Strateji Tərəfdaşlıq Komissiyası” yaradıldı

Aynur Camal

“Kamal Kılıçdaroğlunun bu addımları qəbuledilən deyil” – POLİTOLOQ ŞƏRH ETDİ

Nigar Məmmədova

Rusiyadan Türkiyəyə 180 tondan çox yardım çatdırılıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu