ABŞ-ın Miçiqan ştatında baş verən qasırğa zamanı çarpayısında yatan 2 yaşlı uşaq evin üzərinə ağacın aşması nəticəsində ölüb.
ABŞ-ın Miçiqan ştatının Livoniya bölgəsində dünən baş verən tornadoda ağacın kökündən qoparaq evin yataq otağına düşməsi nəticəsində 2 yaşlı uşaq ölüb. Səlahiyyətlilər açıqlamasında deyiblər: “Qasırğa zamanı ağacın evin üzərinə aşması nəticəsində çarpayısında yatan ana və 2 yaşlı uşaq ölüb. Hadisə yerinə bütün mövcud Livonia yanğınsöndürənləri göndərilib. Heyətlər ağacın damını və hissələrini sökmək üçün təxminən bir saat yorulmadan çalışıblar, sonra isə qurbanları xilas etmək üçün yüksək təzyiqli təhlükəsizlik yastıqları ilə ağacı qaldırıblar. Ağır yaralanan uşağın hadisə yerində öldüyü müəyyən edilib. “Vəziyyəti ağır olan ana Livonia Trinity Xəstəxanasına aparılıb”, – məlumatda deyilir.
Mənbə: Haber Global
