4 C
Baku
14 Yanvar 2026, 22:55
Dünya

Ağacda doğulan “möcüzə körpə” 25 yaşında vəfat etdi

2000-ci ildə Mozambikdə baş verən ağır sel fəlakəti zamanı anasının sular qalxarkən çıxdığı ağacın başında dünyaya gələn və “möcüzə körpə” kimi tanınan Rosita Salvador Mabuiango 25 yaşında həyatını itirib.

Mozambik tarixinin ən dağıdıcı daşqınlarından biri zamanı Rosita və anası Carolina Cecilia Chirindzanın Cənubi Afrika hərbi helikopteri ilə xilas edilməsi həmin fəlakətin simvolik görüntülərindən olmuşdu. Hadisə bütün dünyada böyük rezonans səbəb olub.

Rositanın bacısı Celia Salvador ölüm xəbərini təsdiqləyərək bildirib ki, o, uzun müddət qan xəstəliyi olan anemiyadan əziyyət çəkirdi. Vəziyyəti ağırlaşdıqdan sonra iki həftədən artıq xəstəxanada müalicə alan Rosita bazar ertəsi səhər dünyasını dəyişib.

Mozambikin prezidenti Daniel Chapo başsağlığı mesajında Rositanı ölkədəki qız uşaqları üçün bir simvol adlandırıb və ailəsinə, eləcə də Mozambik xalqına dərin hüznlə başsağlığı verib.

Rosita doğulduğu Çibuto bölgəsində böyümüş, orta təhsilini başa vurmuşdu. Beş il əvvəl özü də ana olan gənc qadının ölümü ölkədə səhiyyə sisteminin vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Analitiklər dərman və tibbi avadanlıq çatışmazlığının aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Çibuto bələdiyyə sədri Enrikes Maçava dəfn mərasiminin təşkili üçün ailə ilə əlaqə saxlanıldığını və xərclərin bələdiyyə tərəfindən qarşılanacağını açıqlayıb.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Dünyanın ən sağlam tərəvəzi hansıdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu