Bugun.tv xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat verib. Ağcabədi RPŞ-nin əməkdaşları əməliyyat keçirib. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən sakinlər Xaliq Əsədov və İmran Qasımov saxlanılıb. X.Əsədovun yaşadığı ünvanda aparılan axtarış zamanı 10 kiloqramdan artıq marixuana. İ.Qasımovun üzərindən heroin və marixuana bükümləri. Evindən 8 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.
Müxbir: Qaytən Qasımzadə

