Bugun.tv Almaniyanın “Ştern” jurnalına istinadla xəbər verir ki, bu il 335 nəfər Qərbi Nil virusuna yoluxub. Onlardan 274-ü İtaliyada qeydə alınıb. Yoluxmuş şəxslərdən 19-u virusun fəsadları nəticəsində dünyasını dəyişib. Bundan başqa, çikunqunya virusu da Avropada tədricən yayılmağa başlayıb. Bunun əsas səbəbi isə iqlim dəyişikliyi nəticəsində havanın istiləşməsi və yay fəslinin müddətinin uzanmasıdır. Mütəxəssislər ağcaqanad sancmalarına qarşı daha ciddi və güclü qorunma tədbirlərinin görülməsini tövsiyə edirlər.
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
