14 C
Baku
21 Noyabr 2024, 19:04
Baş xəbər

Ağdam Sənaye Parkına mediatur təşkil edildi

Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub.

Parkdakı müəssisələrdə artıq 100-dək şəxs işlə təmin edilib, 55 şəxs üçün peşə kursları təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi  Ağdam Sənaye Parkına mediatur təşkil edib.

Mediatur zamanı jurnalistlərə bildirilib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi ilə yanaşı,  əhalinin məşğulluğunun təminatında da mühüm rola mailikdir.

Dövlət Məşğulluq Agentliyi Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələrlə davamlı əməkdaşlıq edir. Dövlət Məşğulluq Agentliyinin xətti ilə artıq 100-dək şəxs həmin müəssisələrdə işlə təmin olunub. Onların böyük əksəriyyəti ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Peşə hazırlığı kurslarının təşkilində də birgə işlər görülür. 55 şəxs üçün Sənaye Parkındakı müəssisələrin istehsalat bazalarında peşə kursları təşkil olunub.

Media nümayəndələri qeyd olunan müəssisələrdə məşğulluğu təmin olunmuş şəxslərlə görüşüb, onların iş şəraiti, habelə təşkil edilən peşə kursları ilə əyani tanış olublar.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

“Qardaşlıq Dastanı” Türkiyədən Azərbaycana gəlir- VİDEO

Aynur Camal

Parisdə yaşayış binasında partlayış baş verdi! 3 nəfər öldü!

Aynur Camal

İlham Əliyev Ərdoğanı təbrik edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu