19 C
Baku
28 İyun 2025, 9:11
Baş xəbərKriminal

Ağdaşda quldurluq edənlər saxlanıldı

Bugun.tv xəbər verir ki, Ağdaşda quldurluq edən, üzərində tapança gəzdirən və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən, quldurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 8 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı üzərində odlu silah-sursat gəzdirmək şübhəli bilinən Kəlbəcər rayon sakini Nicat Yusifov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus patronlar və sandıqça aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin tapançanı bir müddət əvvəl tapdığı və polisə təhvil verməyərək özündə saxladığı məlum olub. N.Yusifovdan götürülmüş odlu silah-sursat ekspertizaya təqdim olunub və ekspertizanın da rəyinə əsasən silahın atəşə tam yararlı olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə taksi sürücüsünə qarşı quldurluq edən rayon sakini Araz Yusifov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, A.Yusifov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmişin avtomobilinə müştəri kimi əyləşərək Yevlax rayonundan Ağdaşa gəlib. Deyilən ünvana çatdıqda isə kəsici alətlə sürücüyə hədə-qorxu gələrək onun üzərində olan pulunu əlindən alıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı isə daha 6 nəfər – Əfqan Yaqublu, Ümid Vahabov, Səbuhi Həsənov, Sənan Əliyev, Gümrah Yusubov və Əfqan Musayev saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qəzzada uşaqlar oynamaq əvəzinə həyatları üçün mübarizə aparırlar

Aynur Camal

ABŞ Prezidenti gələn ilin rekord müdafiə büdcəsini imzaladı

Aynur Camal

ABŞ-da Florida Dövlət Universitetində silahlı hücum!- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu