25 C
Baku
27 İyul 2025, 0:25
Baş xəbərDünya

Ağır silahlarla qəbilə qarşıdurması: Ölənlərin sayı günü-gündən artır

Pakistanın Hayber Paxtunxva əyalətində başlayan rəqib qəbilə qarşıdurmaları davam edir. Ağır silahların tətbiq olunduğu qarşıdurmada ölənlərin sayı 25-ə çatıb. Rəsmilər mübahisəni həll etməyə çalışır.

Pakistanda şiə-sünni qəbilələri arasında sülh əldə oluna bilməz. Xeyber-Paxtunxva əyalətində 16 gün əvvəl başlayan qarşıdurmaları dayandırmaq mümkün olmayıb. Qarşıdurmalarda ölənlərin sayı 25-ə çatıb. Dövlət sözçüsü Saif Əli bölgədəki gərginliyi və torpaq mübahisəsini həll etmək üçün çalışdıqlarını bildirib.

TAYFALAR AĞIR SİLAHDAN İSTİFADƏ EDİR

Onlarla insanın yaralandığı qarşıdurma Kürrəm şəhərində mübahisəli torpaq üzərində tikilən tikili səbəbindən baş verib. Toqquşmalarda rəqib tayfalar ağır silahlardan istifadə ediblər.

240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir. İyul ayında tərəflər arasında ölüm hallarının baş verdiyi münaqişə olub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Qadınların pensiyasını artırmaq üçün yeni təklif

Nigar Məmmədova

Güclü qasırğa nəticəsində 6 nəfər öldü, 109 nəfər xəsarət aldı

Nigar Məmmədova

Çinin sahil mühafizə gəmiləri Yaponiyanın ərazi sularını pozub

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu