7 C
Baku
22 Dekabr 2025, 8:21
Baş xəbərHadisə

Ağır yol-nəqliyyat hadisəsi baş verdi

Bugun.tv-yə DİN-dən daxil olan məlumata görə, Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun sözlərinə görə, bu gün saat 11:30 radələrində 1960-cı il təvəllüdlü Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı iki minik avtomobilinə dəyib, daha sonra isə körpüdən aşıb.

Hadisə yerinə dərhal polis və FHN-in əməkdaşları cəlb olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Avtomobildə sıxılı vəziyyətdə qalan M.Quliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

Qərar imzalandı: Bu şəxslər 5 il tez pensiyaya çıxacaqlar. Daha kimlərə bu imtiyaz şamil edilə bilər?

Aynur Camal

O, körpəsinin kəlləsindəki izlərdən qorxaraq xəstəxanaya qaçıb!

Aynur Camal

Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişməyi nəzərdən keçirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu