7 C
Baku
21 Dekabr 2025, 11:28
DünyaHadisə

Ağır yol-nəqliyyat qəzasında 6 nəfər həyatını itirdi

Hadisə İstanbul TEM şosesində baş verib. Belə ki, hərəkət edən qazıntı maşınının sürücüsü idarəetməni itirib və qarşı zolağa keçərək iki avtomobilə çırpılıb.

Bugun.tv xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb. Qəzada 6 nəfərin öldüyü, 3 nəfərin isə yaralandığını bildirilir.

Hadisə yerinə dərhal yanğınsöndürənlər, sağlamlıq və polis qrupları sövq edilib.

Yaralılar Təcili Tibbi Yardımla xəstəxanaya aparılıb.

Qəza ilə əlaqədar  magistralda avtomobillərin hərəkəti  bir zolaqda təmin olunub. Yol İstismar İdarəsi hadisə yerində işlərini davam etdirir.

Mənbə: NTV 

Bugün TV

Oxşar xəbərlər

Putin-Tramp görüşü başa çatdı! Birinci bəyanat bəlli oldu

Aynur Camal

Google rəsmi olaraq elan etdi: İşdən çıxarılmalar yenidən başlayır

Könül Kərimova

İngiltərədən qalmaqallı açıqlama: “İsrailə silah ixracına davam edəcəyik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu