19 C
Baku
8 Sentyabr 2024, 3:18
Baş xəbərKriminal

Ağsuda narkokuryerlik edən qohumlar tutuldu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Əməliyyat zamanı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Beyləqan rayon sakinləri– əvvəllər də məhkum olunmuş İlqar və İbrahim Quliyevlər saxlanılıblar. Şəxsi axtarış zamanı İbrahim Quliyevdən bükümlərdə psixotrop maddə olan metamfetamin və qurudulmuş marixuana götürülüb. Sonuncunun idarə etdiyi “KIA” avtomobilinə keçirilən baxış zaman isə 1 kiloqram 50 qram metamfetamin, 1 kiloqram 100 qram qurudulmuş marixuana və 510 qram heroin aşkar edilib.

Saxlanılan şəxslər istintaqa ilkin ifadələr veriblər. İlkin ifadələrində həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları iranlı narkotacirdən satış məqsədilə əldə etdiklərini bildiriblər. Daha sonra pul müqabilində Ağsudan paytaxta aparmaq istədiklərini vurğulayıblar.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Rusiyadan vətəndaşlarına xəbərdarlıq: Tanışlıq proqramlarından istifadə etməyin

Aynur Camal

“Qəzzada poliomielit peyvəndinin tətbiqi üçün humanitar fasilə lazımdır”

Aynur Camal

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu