25 C
Baku
10 Sentyabr 2025, 10:25
Baş xəbərDünya

Aİ: “Əsəd rejimi ilə mövqeylərmiz hələki normallaşmadı”

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) siyasi həll yolu olmadan Əsəd rejimi ilə normallaşma olmayacaq deyə mövqeyini təkrarlayıb.

Avropa İttifaqı Komissiyasının sözçülərindən Piter Stano Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin Əsəd rejiminin Birliyə qaytarılması ilə bağlı razılaşması ilə bağlı açıqlama verib.

AB-nin Suriya ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayan Stano, “Rejim bizim ona qarşı sanksiyalar tətbiq etməmizə səbəb olan bütün səbəbləri aradan qaldırmaq üçün mənalı bir addım atana və BMT-yə uyğun siyasi həll yoluna çatana qədər biz də qərarımızı dəyişməyəcəyik”- deyə vurğulayıb.

Bildirilib ki, bu həftə Aİ-yə üzv ölkələr arasında müvafiq platformada yenidən müzakirələr olunacaq.

Xatırladılıb ki, Aİ-nin sanksiya siyahısına Əsəd rejiminin 322 rəsmisi və iş adamı, həmçinin 81 qurum və şirkət daxildir. 2011-ci ildən Əsəd rejiminə qarşı tətbiq edilən sanksiyalara “səyahət qadağası” və “Aİ-də aktivlərin dondurulması” da daxildir.

Aİ Əsəd rejiminə neft idxalına qarşı sanksiyalarla yanaşı, investisiya məhdudiyyətləri, Suriya Mərkəzi Bankının Aİ-dəki aktivlərinin dondurulması və bəzi avadanlıqların satışına məhdudiyyətlər kimi təcrübələr tətbiq edib.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Yanvarın 11-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu şəhərdə 511 qeyri-qanuni miqrant tutuldu

Bugün TV

Meteorologiya xəbərdar etdi! Fırtına fəlakət gətirdi: 8 ölü, 40 yaralı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu