23 C
Baku
9 İyun 2025, 22:24
Baş xəbərDünya

Aİ cari ildə Serbiya və Kosovo münasibətlərinin normallaşacağına ümidvardır

Avropa İttifaqı (Aİ) 2024-cü il ərzində Serbiya və Kosovo arasındakı münasibətlərin normallaşma prosesində yeni inkişafların olacağına ümid edir.

Bugun.tv xəbər verir ki, bunu Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano deyib.

Serbiya ilə Kosovo arasındakı dialoq prosesini şərh edən P.Stano ötən həftə iki ölkənin nəqliyyat vasitələrinin nömrələrini qarşılıqlı şəkildə tanımasının xoş niyyət nümunəsi və müzakirələrdə irəliləyişin mümkünlüyünün konkret sübutu olduğunu bildirib.

O, iki ölkə arasında daha əvvəl əldə edilmiş razılaşmalardan irəli gələn öhdəliklərin tərəflərin Avropaya inteqrasiya proseslərinin ayrılmaz hissəsinə çevrildiyini qeyd edib.

“Normallaşma ilə bağlı iki ölkə arasında hüquqi cəhətdən razılaşma var və bu sənədin əhəmiyyətini tərəfdaşlarımıza dəfələrlə izah etmişik. Üzv ölkələr, Aİ institutları və başda ABŞ olmaqla digər tərəfdaşlarımız hadisələrin gedişatını yaxından izləyir. Müvafiq olaraq, prosesdə iştirakımızı artırır və ya azaldırıq. Yeni il həmişə ümid, zəhmət, yeni enerji fürsətləri gətirir. Ümid edirik ki, bu yeni ümid və enerji ilə hər iki tərəf nəhayət nəticəyə gəlmək üçün çox çalışmağa başlayacaq. Çünki onlar bunu Brüssel üçün deyil, öz vətəndaşları üçün edirlər”, – deyə P.Stano bildirib.

İntizar Əmirova

Oxşar xəbərlər

2 avtomobil toqquşdu: 2 ölü, 1 yaralı var

Bugün TV

Bizim vüqarımız…

Aynur Camal

Dogecoin simvolu olan it dünyasını dəyişib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu