Baş xəbərDünya

Aİ Çinin elektrik avtomobillərini araşdırır

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Çindən Avropa İttifaqı ölkələrinə idxal edilən elektrik avtomobillərinə qarşı subsidiya araşdırmasına başlanıldığını bildirib. Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında “Birliyin vəziyyəti” adlı çıxış edib. Avropa sənaye və texnologiya şirkətlərinin rəqabəti sevdiyini deyən von der Leyen bu yarışmanın ədalətli keçirilməsinin vacibliyini vurğuladı. Von der Leyen izah etdi ki, Avropa şirkətləri tez-tez bəzi bazarlardan çıxarılır və ya bazarı təhrif edən hərəkətlərlə üzləşirlər, xüsusən də böyük dövlət subsidiyalarından faydalanan rəqibləri orada qiymətləri aşağı saldıqda. Çinin ədalətsiz ticarət tətbiqlərinin keçmişdə Avropa günəş enerjisi sənayesinə mənfi təsir göstərdiyini ifadə edən von der Leyen, Avropadakı bir çox müəssisənin yüksək subsidiya alan Çinli rəqibləri səbəbiylə işini itirdiyini ifadə etdi.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

İsrail Qəzza soyqırımında Microsoft və OpenAI infrastrukturundan güclü dəstək aldı

Aynur Camal

Evdən 10 kiloqramdan artıq narkotik vasitə, həyətindən isə 14 ədəd çətənə kolu aşkarlandı

Kəmalə Sultan

Şopenin naməlum bəstəsi 175 ildən sonra ortaya çıxdı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu