26 C
Baku
21 İyul 2025, 2:29
Dünya

Aİ-dən Ukraynaya 30 milyard avro əlavə dəstək

Avropa İttifaqı (Aİ) liderləri 2025-ci ildə Ukraynaya əlavə 30 milyard avro dəstək verməyə razılaşıblar.

Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya yardımlar davam edir.

Nəhayət, Aİ liderlərinin Brüsseldə keçirdiyi sammit çərçivəsində 2025-ci ildə Ukraynaya əlavə 30 milyard avro dəstək verilməsi qərara alınıb.

Avropa İttifaqı Şurasının yeni sədri Antonio Kosta, AB Şurasının müddətinin sədri Macarıstanın baş naziri Viktor Orban və AB Komissiyasının sədri Ursula fon der Leyen sammitdən sonra birgə mətbuat konfransı keçirib.

“2025-Cİ İLDƏ ƏLAVƏ 30 MİLYARD AVRO VERƏCƏK”

AB-nin 2022-ci ilin fevral ayında başlayan müharibədə indiyə qədər Ukraynaya cəmi 130 milyard avro maliyyə dəstəyi verdiyinə diqqət çəkən Kosta, “2025-ci ildə əlavə 30 milyard avro verəcəyik” dedi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Papa əməliyyatdan 9 gün sonra evə buraxılıb

Nigar Məmmədova

Prezident Ərdoğan 13 ildən sonra İraqda!

Aynur Camal

İstirahətdən imtinanın dörd təhlükəli nəticələri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu