10 C
Baku
12 Dekabr 2024, 18:06
Baş xəbərDünya

Aİ-dən Rusiyaya yeni sanksiyalar paketi

Aİ ölkələri Rusiyanın kölgə donanmasını da hədəf alan 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı embarqolarını davam etdirir.

Bu çərçivədə 15-ci sanksiya paketi ilə bağlı razılıq əldə olunub.

Avropa İttifaqının (Aİ) müvəqqəti prezidenti olan Macarıstanın rəsmi sosial media hesabında edilən paylaşımda “Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 15-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər” bildirilib. Yazıda yeni paketin mövcud sanksiya siyahısına daha çox fərd və təşkilatın əlavə edildiyi vurğulanıb, Rusiya və üçüncü ölkələrdə ixrac məhdudiyyətlərindən yan keçərək Rusiyanın hərbi və texnoloji inkişafına dolayısı ilə töhfə verən təşkilatların da hədəf alındığı vurğulanıb.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen mövzu ilə bağlı yazısında, “Aİ və G7 tərəfdaşları Kremlə təzyiq göstərməyə davam etməkdə qərarlıdırlar. “Mən xüsusilə Rusiyanın kölgə donanmasını hədəf alan 15-ci sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram” deyib.

Aİ indiyədək Rusiyaya qarşı 14 sanksiya paketini həyata keçirib.

Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar da daxil olmaqla geniş sahələri əhatə edir.

Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması da sanksiyalar sırasındadır.

Mənbə: Dəmirören Xəbər Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Küləyin sürəti artacaq

Aynur Camal

Azərbaycan mətbəxi Avropada sərgidə təqdim olunub – FOTO

Aynur Camal

Yol qəzası: 8 yaralı var

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu