6 C
Baku
29 Yanvar 2026, 13:26
Digər

Aİ–Ermənistan sənədində Azərbaycana qarşı iddialar narahatlıq doğurur

Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinin bir sıra müddəaları Azərbaycana qarşı əsassız iddialar kimi qiymətləndirilir.

Bu şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.

Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti sənəddəki problemli bəndləri dəyişməli və regionda sülhə mane olacaq addımlardan çəkinməlidir.

Məhəmməd Əsədullazadə hesab edir ki, Aİ-nin sənəddə Qarabağdan könüllü şəkildə köçən ermənilərlə bağlı işlətdiyi ifadələr revanşist dairələrə stimul verir. O, əlavə edib ki, belə yanaşma gələcəkdə Ermənistan tərəfindən Qarabağ mövzusunun yenidən gündəmə gətirilməsinə zəmin yarada və regionda gərginliyi artırmağa səbəb ola bilər.

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu